Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




16-cı Azərbaycan Beynəlxalq
Qida Sənayesi Sərgisi

Foto Reliz

Heydər Əliyev adına İdman və Konsert Kompleksində regionda qida sənayesinin ən vacib hadisələrindən biri kimi xarakterizə edilən “WorldFood Azerbaijan 2010” 16-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz işinə başladı. Bu sərginin ən sərfəli üstünlüklərindən biri – bütün regionda iqtisadiyyatın bu sahəsinin gələcəkdə də inkişaf etdirilməsi məqsədi ilə sənaye kompleksinin mütəxəssislərinin diqqətini cəlb etmək, qida sənayesi peşəkarlarının səylərini birləşdirmək imkanıdır.

Sərginin açılışı münasibəti ilə bütün toplaşanları salamlayan Türkiyənin Azərbaycandakı səfiri cənab Hulusi Kılıc “WorldFood Azerbaijan 2010” sərgisinin Azərbaycanın və ümumilikdə regionun dinamik iqtisadi inkişafını nümayiş etdirdiyini qeyd etdi. Qida sənayesinin inkişafı istiqamətində göstərilən səylər çərçivəsində ən vacib amillərdən biri, yəni qida məhsullarının təhlükəsizliyi nəzərə alınmalıdır. Belə ki, bu amili yalnız beynəlxalq səviyyəli sərgilər təbliğ edə bilər və etməlidir. Hazırkı tədbirdə iştirak edən türk şirkətlərinin sayı bir daha onu sübut edir ki, Türkiyə Azərbaycan ilə ənənəvi əməkdaşlığa böyük əhəmiyyət verir və bu sərgi öz növbəsində bizim ölkələr arasında iqtisadi əlaqələrin inkişafını əyani olaraq nümayiş etdirir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi Məhəmmədli Əfəndiyev öz çıxışında ekoloji baxımdan təmiz layihələrin gerçəkləşdirilməsi və təhlükəsiz, keyfiyyətli məhsul istehsalı üçün sərginin bir vasitə kimi daşıdığı əhəmiyyəti vurğuladı. Məruzəçi sözügedən sərginin Azərbaycan və onun tərəfdaşları arasında əlaqələrinin möhkəmlənməsinə yardım göstərdiyinə, eləcə də yerli sahibkarları beynəlxalq əməkdaşlığın yeni səviyyəsinə çıxarmasına əmin olduğunu bildirdi.

Daimi tərəfdaşlara və sponsorlara öz minnətdarlığını bildirən “Iteca Caspian LLC” şirkətinin icraçı direktoru Fərid Məmmədov sərginin səciyyəvi tərəfini - qlobal iqtisadi böhrana rəğmən baş tutması faktını qeyd etdi. Bundan əlavə, təşkilatçılar ötən il Azərbaycanda keçirilən qida sənayesi sərgisinin göstəricilərini qoruyub saxlamağa müvəffəq olublar ki, bu da sabitlik və gələcək inkişaf perspektivlərini bir daha sübuta yetirir.

Hazırkı sərgi, Heydər Əliyev adına İdman və Konsert Kompleksində 17 il ərzində keçirilən bütün beynəlxalq səviyyəli tədbirlərin geniş siyahısında sonuncu yeri tutur. Kompleksin direktoru Rafiq Behbudov həmçinin “Iteca Caspian LLC” şirkətinin rəhbərliyinə və bütün işçi heyətinə məhsuldar əməkdaşlığa görə öz minnətdarlığını bildirdi və bütün kollektivə sərgilərin keçirilməsi üçün yeni “Baku Expo” sərgi kompleksində uğurlar arzu etdi.

Bu il “WorldFood Azerbaijan” sərgisində dünyanın 18 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Bolqarıstan, Latviya, Pakistan, Rusiya, ABŞ, Türkiyə, Ukrayna və digər ölkələrdən 85 şirkətin iştirak edəcəyi gözlənilir. Sərgidə «Badamli», «Beta», «Jalə», «John Deere», «PalSud» və digər aparıcı ticarət nişanları təqdim olunacaq.

Sevindirici faktlardan biri də odur ki, Azərbaycan şirkətlərinin ekspozisiyaları ildən-ilə genişlənir. Belə ki, bu il sərgi iştirakçılarının ümumi sayının 60 faizini məhz yerli istehsalçılar təşkil edirlər. “WorldFood Azerbaijan” sərgisinin iştirakçıları sərgiyə çox gözəl hazırlaşmışdılar. Hər bir stenddə canlı danışıqlar aparılır, məhsulların dequstasiyası keçirilirdi. “AltunTop” (Türkiyə) şirkəti çörəkkəsmə və çorəkbişirmə avadanlıqları nümayiş etdirdilər, “Behre” (Azərbaycan) şirkəti isə birbaşa sərgidə ziyarətçilər üçün “Avstriya ponçikləri” bişirdilər. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu işlə yalnız “Bəhrə” şirkəti məşğul olur. “Deli Sazan Khavarmianeh Co Ltd” (İran) şirkəti tərəfində təqdim olunmuş müxtəlif içliklərə malik kreker və kökələrin istehsalı üçün avtomat maşın böyük maraqla qarşılandı. Yerli istehsalçıların hazırladıqları təbii balın dadına baxmaqdan isə heç kim imtina edə bilmədi... Öz parlaq stendində “PalSüd” (Azərbaycan) şirkəti yeni dondurma markasının təqdimatı ilə çıxış etdi.

Bununla da, sərgi istehsalçıların yeni məhsullarının nümayiş etdirilməsi üçün əla bir meydança, eləcə də qida sənayesinin mütəxəssislərinin görüşləri üçün etibarlı bünövrə olmasını bir daha sübuta yetirdi.

Sərgi öz işini 21 may tarixinədək davam etdirəcək.





Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek