Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия










17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

Foto Reliz

“WorldFood Azerbaijan 2011”: müasir texnologiya və avadanlıqların aktuallığı və perspektivliliyi

“WorldFood Azerbaijan 2011”: müasir texnologiya və avadanlıqların aktuallığı və perspektivliliyi Mayın 25-də “Bakı Ekspo” sərgi mərkəzində dünya üzrə məşhur “WorldFood” sərgi brendinin tərkib hissəsi olan “WorldFood Azerbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi öz işinə başladı. “Iteca Caspian LLC” və “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Bu il ilk dəfə olaraq sərgi “Baku Ekspo” kompleksində keçiriləcəkdir ki, bu da ekspozisiya sahəsini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək və iştirakçılar üçün göstərilən xidmətlərin səviyyəsini daha da yüksəldəcəkdir. Sərgi iştirakçıları və qonaqlarının ilkin rəyləri belə bir fikri inamla bəyan etməyə əsas verir ki, sərgi bu il də regionun qida və kənd təsərrüfatı sənayesi mütəxəssislərinin mühüm forumu statusunu təsdiq edəcək.

Qida sənayesi mütəxəssislərinin illik görüşləri üçün əsas meydança olan “WorldFood Azerbaijan” sərgisi beynəlxalq əməkdaşlığa kömək edir, ərzaq məhsullarının çeşid müxtəlifliyinə, habelə Azərbaycanın qida sənayesinə qoyulan sərmayələrin həcminin artmasına və burada ən yeni texnologiyaların tətbiq edilməsinə təsir göstərir. “WorldFood Azerbaijan 2011” sərgisində 19 ölkədən 100 şirkət iştirak edir və onların burada təqdim etdikləri məhsul və texnologiyalar avadanlığın ən yüksək istismar səmərəsini təmin etməyə, ölkənin qida sənayesində müasir təmayülləri həyata keçirməyə imkan verəcək. Beləliklə, “WorldFood Azerbaijan 2011” sərgisi bu sahənin demək olar ki, bütün istiqamətlərini əhatə edən 5 mövzuda ekspozisiyadan ibarətdir: “WorldFood”, “WorldDrink”, “FoodPack”, “WorldFoodTech” və “AgriHort”. Sərginin əsas xüsusiyyəti burada nümayiş etdirilən texnologiya və avadanlıqların aktuallığı və perspektivliliyidir.

Sərginin rəsmi açılışı mərasimində Sənaye və Energetika Nazirliyi Aparatının rəisi cənab Rasim Məmmədov, Avstriyanın Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri xanım Silviya Mayer-Kajbiç, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının baş mütəxəssisi Fərhad Osmanov, habelə sərginin təşkilatçıları cənab Fərid Məmmədov və cənab Lütger Müller iştirak etdilər. Təntənəli açılış mərasimində çıxış edərkən, “WorldFood Azerbaijan 2011” sərgisi ilə eyni vaxtda keçirilən “Plastex” sərgisinin brend direktoru c-b Lütger Müller qonaq və iştirakçıları salamladıqdan sonra qida sənayesi sahəsində müasir texnologiyaları, təkmilləşdirmələri və işgüzar təklifləri öyrənməyə imkan verən bu sərginin Bakıda keçirilməsinin aktuallığını qeyd etdi.

Səfir x-m Silviya Mayer-Kajbiç isə öz çıxışında bu sahəyə maraq göstərən şirkətlərin öz imkanlarını nümayiş etdirmələri üçün burada əla şərait yaradıldığını vurğuladı. Onun fikrincə, sərgilər beynəlxalq qarşılıqlı işgüzar əlaqələrin gələcək inkişafına kömək edəcəkdir, belə ki, bu podiumda Avstriya böyük stendlə təmsil olunur və bu, geniş miqyaslı tərəfdaşlığın müsbət perspektivlərindən xəbər verir.

Fərhad Osmanov “WorldFood Azerbaijan” sərgisinin təkcə ölkənin qida sənayesinin gələcək təşəkkülü üçün böyük əhəmiyyət kəsb etdiyini deyil, həm də bütövlükdə cəmiyyətin sosial-iqtisadi inkişafına təsir göstərdiyini qeyd etdi. Belə ki, bu gün ölkənin dövlət siyasəti iqtisadiyyatın qeyri-neft sektorunun genişləndirilməsinə yönəldilmişdir və dövlət rəhbərlərimizin fəaliyyət planında kənd təsərrüfatının inkişafına təkan verilməsi və bu sahədə subsidiya verilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Rəsmi açılışdan sonra sərgi üzrə VİP gəzinti keçirildi və qonaqlar sərgidəki çoxsaylı stendlər ilə tanış oldular. Sərgidə geniş təqdim olunan nümunələri həm müşahidə etmək, həm də bu nümunələrin dadına baxmaq mümkündür. Zərif ətirli ərzaq və şirniyyat bolluğu ondan xəbər verir ki, yerli qida sənayesi  möhkəm fundamentə malikdir və inamla inkişaf etməkdədir. Belə ki, “WorldDrink” ekspozisiyası zəngin içki çeşidi təqdim edir. “FoodPack” ekspozisiyasında qonaqlar qablaşdırma sahəsinin qabaqcıl  material və avadanlıqları ilə tanış olurlar. “WorldFoodTech” ekspozisiyası qonaqların diqqətinə ərzaq məhsullarının emalı və istehsalı sahəsində ən yaxşı texnoloji həll variantlarını, habelə supermarketlər və laboratoriya analizi üçün avadanlıqlar təqdim edir. “AgriHort” bölməsi isə öz növbəsində kənd təsərrüfatında istifadə olunan avadanlıq və texnikaları, həmçinin müxtəlif yemlər, əlavələr, gübrələr və baytarlıq preparatlarını təklif edir. Sərginin ənənəvi bölmələrində ət və quş əti məhsulları, süd məhsulları, dondurmalar, baqqaliyyə malları, konservləşdirilmiş ərzaq məhsulları, tərəvəz və meyvələr, uşaq və pəhriz qidaları və bir çox başqa məhsullar təqdim ediləcək.

Qlüten keçirməzliyindən əziyyət çəkən insanlar üçün pəhriz məhsulları təklif edən fransız şirkətinin sərgidə iştirakı pəhriz saxlayan insanlar üçün şad xəbər sayıla bilər. Sərginin debütantları arasında Azərbaycanda ilk dəfə olaraq qida və digər sənaye sahələrinin məhsulları üçün holoqramların istehsalını tətbiq edən yerli şirkət vardır. Azərbaycanda keçirilən sərgilərdə iştirak edən peşəkar birliklər sırasına bu il Rusiyanın yağ-piy və sabun bişirmə sənayesinin istehsalat müəssisələri assosiasiyası da qoşulacaqdır.  Bu sərgi uzun müddətdir ki keçirilir, lakin buna baxmayaraq, sərgi getdikcə daha çox yeni iştirakı cəlb edir və təqdim olunan malların çeşidi daha da genişlənir.  Belə ki, bu il sərginin 40%-ni debütantlar təşkil edəcək. Ölkədə qida məhsulları istehsalının artmasını nəzərə alaraq, bu il sərgi laboratoriya tədqiqatları üçün avadanlıqlar təklif edən şirkətləri də təqdim edəcəkdir.

Qeyd etmək lazımdır ki, bu layihə üzərində “ITE Group plc” şirkətinin tərəfdaşları, yəni EUF (Türkiyə), “GIMA" (Almaniya), “ITE Gulf” (BƏƏ) və s. işləmiş və bu şirkətlərin sayəsində sərgi çoxsaylı beynəlxalq iştirakçı və qonaqları bir araya toplaya bilmişdir. Sərgi həmçinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. 2011-ci il sərgilərinin tərəfdaşları “Azerfon-Vodafone”, “AZAL”, “Greenwich Travel Club” və “Caspel” şirkətləri, habelə “Qafqaz Poynt” mehmanxanasıdır.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
TEXNİKİ DƏSTƏK
CASPEL
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek