Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия
















Foto-reliz

15.05.2012

“WorldFood Azerbaijan” sərgisi öz işinə başladı

15 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərində regionun ərzaq sektoru sahəsində ən əhəmiyyətli illik hadisələrdən biri - 18-ci Azərbaycan beynəlxalq “Qida sənayesi” sərgisi (“WorldFood Azerbaijan-2012”) öz işinə başladı.

“WorldFood Azerbaijan” sərgisi bütün dünyada tanınan və özündə Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Hindistan, Türkiyə və digər ölkələrin qida sənayesinin ən böyük sərgilərini birləşdirən “WorldFood” sərgiləri brendinin bir hissəsidir. Layihə ilə bağlı işlərdə “Iteca Caspian” MMC şirkətindən əlavə, “ITE Group Plc” şirkətinin tərəfdaşları – “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE Gulf” (BƏƏ) və digər şirkətlər də fəal surətdə iştirak etdilər ki, bu da beynəlxalq iştirakçı və ziyarətçilərin coğrafiyasını əhəmiyyətli dərəcədə artırmışdır.

Sərginin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naziri cənab İsmət Abasovun sözlərinə görə, belə sərgilərin keçirilməsi daxili istehsalın inkişafına öz müsbət təsirini göstərir və bununla da ölkənin ixrac potensialının artımına, habelə xarici sahibkarların Azərbaycana olan marağının çoxalmasına səbəb olur.

“Ölkə qarşısında yaxın 10 il ərzində Ümumi daxili məhsulu (ÜDM) iki dəfə artırmaq kimi mühüm bir vəzifə qoyulmuşdur və bunu da əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin etmək vacibdir. Ölkənin qeyri-neft sektorunda kənd təsərrüfatının böyük rolunu nəzərə alsaq, belə sərgilərin keçirilməsi əlbəttə ki, çox əhəmiyyətlidir”, deyə cənab Abasov qeyd etmişdir.

Cənab nazir bu sərginin həm ölkədə, həm də regionda ərzaq təhlükəsizliyinin təmin edilməsi nöqteyi-nəzərindən əhəmiyyətli bir layihə olduğunu vurğuladı.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti cənab Adil Məmmədovun sözlərinə görə, “WorldFood Azerbaijan” sərgisi yerli və xarici sahibkarlar arasında işgüzar əlaqələrin qurulması üçün əla bir platformadır. Ayrıca olaraq, cənab Məmmədov sərginin “Iteca Caspian” şirkəti tərəfindən yüksək səviyyədə təşkil olunduğunu da vurğuladı.

Açılış mərasimindən sonra cənab Abasovun başçılığı ilə nümayəndə heyəti sərgi ilə tanış oldu. Nazir İsmət Abbasov “Qızıl Quyu”, “Cemsan Mezbahane Sistemleri”, “Atena”, “Kronen”, “Milkomac”, “Bayan Sulu”, “İmperiya Cemov” və digər şirkətlərin stendlərinə baş çəkdi, onlar tərəfindən təqdim edilən məhsullar və istehsal texnologiyaları, habelə bu şirkətlərin ölkədə işləməsi üçün yaradılmış şəraitlə maraqlandı. Cənab Abasov həmçinin Macarıstan və Serbiyanın milli stendlərinə də baş çəkdi və gələcəkdə Azərbaycan şirkətlərinin istehsal etdikləri məhsulların bu ölkələrə ixracı, həmçinin bu ölkələrin öz məhsullarını Azərbaycana ixrac etməsi üçün birgə əməkdaşlıq imkanlarını, habelə digər məsələləri müzakirə etdi.

Bu il “WorldFood Azerbaijan” sərgisində dünyanın 24 ölkəsindən 120 şirkət iştirak edir və sərgi dünya qida sənayesinin qabaqcıl ixtira və nailiyyətləri ilə tanış olmaq üçün unikal imkan yaradır. Sərginin ümumi ekspozisiyasının təxminən 40 faizini Azərbaycan şirkətlərinin stendləri təşkil edir. Bu isə təbiidir! Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ilin ilk yarım illiyi ərzində qida sənayesinin istehsal həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 16.8 dəfə artaraq emal sənayesinin ümumi həcminin 21.9 faizini təşkil edir. “WorldFood Azerbaijan-2012” sərgisinin iştirakçıları arasında

  • “Atena”
  • “Yorsan”
  • “Ayan” MMC
  • “Xırman”
  • “Şurabad quşçuluq”
  • “Artpak”
  • “Baku Glass” və
  • “Basf Caspian”

kimi aparıcı Azərbaycan şirkətlərinin məhsulları yerli və xarici bazarlarda böyük populyarlıq qazanmağa müvəffəq olub.

Eksponentlərin ümumi sayının 30 faizini təşkil edən Avropa şirkətlərinin, habelə uzaq xarici ölkələrdən olan şirkətlərin sayının artması və sərgi debütantlarının ümumi iştirakçıların 40%-ni təşkil etməsi yeni tərəfdaşların axtarışına və artıq mövcud olan əlaqələrin möhkəmləndirilməsinə imkan yaradan və effektiv işgüzar platformaya çevrilmiş “WorldFood Azerbaijan” sərgisinin yüksək statusundan xəbər verir.

Sərgidə kommersiya strukturları ilə yanaşı dövlət təşkilatları da iştirak edirlər. Məsələn, serb və əfqan sahibkarlarının sərgidə iştirakı müvafiq olaraq Serbiya Sənaye və Ticarət Palatasının və Əfqanıstanın Fermer Xidməti üzrə Assosiasiyasının fəal dəstəyi ilə təşkil olunub. Sərgidə Azərbaycan tərəfindən Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) çıxış edir və onun stendində ölkənin qida bazarının xüsusiyyətləri və investisiya imkanları ilə ətraflı tanış olmaq mümkündür.

“WorldFood Azerbaijan” sərgisi bu sahənin praktiki olaraq bütün istiqamətlərini əhatə edərək, bir neçə tematik ekspozisiyanı bir yerdə birləşdirir: qida sənayesi (“WorldFood”), içkilər (“WorldDrink”) və texnologiyalar (“WorldFoodTech”). Sərgidə ət, konservləşdirmiş məhsullar, dondurma, ərzaq məhsulları, inqrediyentlər, soyutma sistemləri, şirniyyat məmulatları, içkilər, laboratoriya analizləri və qida sənayesinin müxtəlif istiqamətləri üçün avadanlıqlar təqdim edən stendlər nümayiş etdirilir.

Bu ildən başlayaraq, Xəzər beynəlxalq “Qablaşdırma, tara, etiket və poliqrafiya” (“Ipack Caspian-2012”) sərgisi regionda qablaşdırma bazarının ayrıca bir ixtisaslaşdırılmış tədbiri olacaq. Bu il sərgi Azərbaycan, Rusiya, Türkiyə və Çexiyadan olan şirkətlərin qablaşdırma avadanlıqları ilə bağlı maraqlı həll variantlarını təqdim edir. Ekspozisiyaya qablaşdırma istehsalı və qablaşdırma üzərində çap üçün maşın və avadanlıqlar, qablaşdırma materialları və hazır məmulatlar, habelə etiketləmə məhsulları daxildir.


Peşəkarlar üçün sərgi dolğun bir hadisəyə çevriləcək. Belə ki, tədbir çərçivəsində qida məhsullarını görmək və onların dadına baxmaq, müasir avadanlıqları sınaqdan keçirmək, həmçinin faydalı əlaqələr qurmaq və əlverişli müqavilələr bağlamaq mümkündür. Çərşənbə axşamı isə “WorldFood” sərgisi ilə paralel olaraq 6-cı Azərbaycan beynəlxalq “Kənd təsərrüfatı” (“AgriHort Azerbaijan-2012”) sərgisi də öz işinə başladı.

“AgriHort Azerbaijan” sərgisində Azərbaycan, Rusiya, Serbiya, Türkiyə, Almaniya, Belçika və digər ölkələrdən olan aparıcı istehsalçılar öz məhsul və xidmətlərini təqdim edirlər. Sərginin əsas bölməsini yemlər, əlavələr, gübrələr, bitkilər və heyvanlar üçün mühafizə sistemləri təşkil edir. Sərgidə kənd təsərrüfatı üçün nəzərdə tutulmuş avadanlıqlar və texnika təklif edən şirkətlər geniş şəkildə təqdim edilir. Belə ki, “AgriHort Azerbaijan” sərgisində ilk dəfə olaraq, kənd təsərrüfatı maşınlarının istehsalı üzrə dünya lideri olan Alman şirkətləri, o cümlədən məşhur “Claas”, “Lemken”, “Grimme” və “RAUCH” kimi ticarət nişanları və digər şirkətlər ümumi stendlə iştirak edirlər. Bundan əlavə, sərginin debütantlarına iribuynuzlu mal-qaranın yetişdirilməsi ilə məşğul olan Ukrayna şirkətləri, istixanaların tikintisi və istismarı üzrə ixtisaslaşmış Hollandiya şirkətləri və Rusiyanın Heyvanların mühafizəsi üzrə federal mərkəzi daxildir.

Beləliklə, bu sərgilər bu il də əməkdaşlıq üçün bir çox yeni imkanlar açacaq, Azərbaycanın qida və kənd təsərrüfatı sahələrində ən yeni texnologiyaların tətbiqinə imkan yaradacaq və bununla da ölkənin ərzaq sektorunun formalaşması və inkişafın prosesinə öz töhfələrini verəcəkdir. Sərgi öz işini 17 may tarixinə kimi davam etdirəcək.


Qeyd etmək lazımdır ki, artıq 7 ildir ki, “WorldFood Azerbaijan” sərgisi UFI (Ümumdünya Sərgi Sənayesi Assosiasiyası) tərəfindən təqdir olunur. Belə ki, “UFI tərəfindən təsdiq olunub” keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu və tədbirin yüksək səviyyədə təşkil edildiyini göstərir. Sərgiyə təşkilati dəstək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən təmin olunur. 2012-ci ildə keçirilən sərgilərin tərəfdaşları kimi isə “Azerfon”MMC, “AZAL” və “Greenwich Travel Club” şirkətləri, habelə ”Hilton Bakı” və “Qafqaz Point” mehmanxanaları çıxış edirlər.

 








BİZƏ QOŞULUN!
Baş xəbərlər
KOMMUNİKASİYA TƏRƏFDAŞI
Nar Mobile
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
RƏSMİ AVİADAŞIYICI
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek