Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ... WorldFood Agrihort 2014 Daily News

WORLDFOOD AZƏRBAYCAN 2014: DÜNYA QİDA SƏNAYESİ ÜÇÜN MÖHTƏŞƏM TƏDBİR.

22 may tarixində Bakı Ekspo Mərkəzində 20-ci Yubiley Azərbaycan Beynəlxalq "Qida sənayesi" ("WorldFood Azerbaijan-2014") sərgii öz işinə başladı. Bu sərgi regionun qida sənayesi üzrə ən mühüm tədbirlərindən biri kimi tanınır. Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group Plc" şirkətləri çıxış edirlər. Sərgiyə rəsmin dəstək isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən göstərilir.

Beynəlxalq "WorldFood Azerbaijan" və "AgriHort Azerbaijan" sərgilərinin ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev sərgiləri ziyarət etdi. Ölkə rəhbərinə məlumat verildi ki, irimiqyaslı regional tədbir kimi, bu sərgilər hər il daha çox sayda iştirakçını bir yerə toplamaqla yanaşı, kənd təsərrüfatında yeni texnologiyaların tətbiqinə, bu sənayenin inkişaf etməsinə və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaradır. Prezident həmçinin kənd təsərrüfatı texnikasının yerləşdiyi və kompleksin açıq meydançasında təşkil olunmuş sərgi ekspozisiyası ilə də tanış oldu.

Sərginin rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd etdi ki, aqrar sənaye kompleksi qida sənayesi və kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Həmçinin, nazir bu sahəyə dövlət tərəfindən daim xüsusi diqqət göstərildiyini və Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin himayəsini vurğuladı. Cari ilin beş ayı ərzində dövlət başçısı ölkəmizdə kənd təsərrüfatının gələcək irimiqyaslı inkişafını tənzimləyən iki mühüm sənədi təsdiq etmişdir. Cənab nazir öz çıxışında "WorldFood Azerbaijan" və "Agrihort Azerbaijan" sərgilərinin əhəmiyyətin xüsusi olaraq qeyd etdi. Bu sərgilər beynəlxalq müstəvidə biznes üçün yeni tərəfdaşların axtarışına, mövcud işgüzar əlaqələrin möhkəmləndirilməsinə və yeni məhsul növlərinin təqdimatına kömək edir. Bir çox sənaye problemlərinin həllinə təsir göstərməklə yanaşı, sərgi yerli fermerlərə qida təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayan kənd təsərrüfatı məhsullarının istehsalını artırmaqda da kömək edir.

"ITE Group Plc" şirkətinin icraçı direktoru cənab Edvard Stoon isə öz çıxışında mühüm statistik göstəricini vurğuladı: sərgi öz yubileyini rekord sayda eksponentlə qarşılayır (dünyanın 36 ölkəsindən 242 şirkət!). İtaliya, İran, Niderland Krallığı, Macarıstan, Latviya və Estoniya dövlətin rəsmi dəstəyi və peşəkar assosiasiyaların koordinasiyası çərçivəsində təşkil edilmiş milli ekspozisiyaları ilə çıxış edirlər. Çıxışının sonunda cənab Stroon sərgiyə göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına öz təşəkkürünü bildirdi.

Açılış mərasimində Finlandiya, Estoniya və Macarıstandan nazirlər, Belarus, Latviya və Gürcüstandan isə nazir müavinləri iştirak edirdilər. "WorldFood Azerbaijan" sərgisinin əsası 1995-ci ildə qoyulub və o vaxtdan bəri bu sərginin məşhurluğu Azərbaycanla yanaşı, bütün dünya ölkələrində də durmadan artır. Bu illər ərzində sərgidə 1400-dən artıq şirkət çıxış etmişdir. Bu möhtəşəm tədbir hər il yeni-yeni iştirakçıları cəlb edir. Bu il Azərbaycan, Belçika, İtaliya, İspaniya, Niderland Krallığı,











Türkiyə, İran və digər ölkələrin debütant şirkətləri iştirakçıların 45%-ni təşkil edirlər. Sərgi ona görə unikaldır ki, qida sənayesinin bir neçə istiqamətini - avadanlıqlar, qida məhsulları, içkilər və qablaşdırma sənayelərinin nümayəndələrini bir yerə toplayır. Peşəkar ziyarətçilər üçün geniş pavilyonlarda şirkətlərlə tanış olmaq çox rahatdır. Bu pavilyonlarda ekspozisiyalar üç əsas istiqamət üzrə cəmlənib: qida sənayesi ("WorldFood"), içkilər ("WorldDrink") və texnologiyalar ("WorldFoodTech"). İştirakçılar arasında Avstriya, Belçika, BƏƏ, Böyük Britaniya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, Fransa, Yaponiya və digər ölkələrin kənd təsərrüfatı sənayesinin liderləri var.

Yerli qida sənayesi isə sərginin daimi iştirakçıları tərəfindən geniş şəkildə təmsil olunub. Bu şirkətlərin arasında Respublikanın qida sektorunun aparıcı simaları var: "Absheron-2000", "Atena", "Azersun Holding", "Caspian Construction Systems", "BakFem", "Caspian Fish Co.", "Gilan", "Milla", "Şurabad Quşçuluq" və s. Sərgidə kənd təsərrüfatı və quşçuluq fabrikləri üçün avadanlıqlar, habelə istixana avadanlıqları, suvarma sistemləri, heyvan və balıqlar üçün yem, toxum və gübrələr təqdim olunur. Builki sərginin əsas fərqləndirici xüsusiyyəti isə Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də açıq meydançada kənd təsərrüfatı texnikası üzrə geniş ekspozisiyasının təşkil olunmasıdır.

Stendlər, vitrinlər və stellajlarda bol məhsullar var. Şirniyyat, konfetlər, şokolad və dondurma məhsulları ət və balıq konservləri, eləcə də pendirlər, bal kolleksiyaları, çay və şərab növləri ilə yanaşı düzülüb. Minlərlə eksponat öz cəlbedici növü, qoxusu və dadı ilə diqqət çəkir. Burada insan özünü nağılabənzər kulinariya aləmində hiss edir. Sərgidə ziyarətçiləri təqdimatlar və ustad dərsləri, eləcə də qida sənayesi və avadanlıqlar üzrə ən yaxşı istehsalçıların bir-birindən maraqlı təklifləri gözləyir.



BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  03/10/2022 04/10/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek