Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия









Bütün video xəbərlər ...

21 may tarixində Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2015” sərgisi öz işinə başladı. Keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi yerli və xarici istehsalçılar üçün qida məhsulları bazarında bələdçi olmaqla yanaşı, sənayenin bir çox hazırkı lideri üçün Azərbaycan bazarında fəaliyyətin başlanğıc nöqtəsinə çevrilmişdir. Sevindirici haldır ki, sərgi Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin elan etdiyi “Kənd Təsərrüfatı İli”nə həsr olunmuş Tədbirlər planına daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev artıq bir neçə ildir ki, ardıcıl olaraq “WorldFood Azerbaijan” sərgisini ziyarət edir və kənd təsərrüfatı sektoru üzrə yeni texnologiyalarla tanış olur. Ölkə başçısı bu il də ənənəvi olaraq “WorldFood Azerbaijan” sərgisinin əsas istiqamətləri ilə tanış olmaqla yanaşı, milli stendləri ziyarət etdi.

Sərginin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək bildirdi ki, kənd təsərrüfatı sahəsi iqtisadiyyatın qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. Bununla yanaşı, əsas diqqət ərzaq təhlükəsizliyi, rəqabətlilik və idxala yönəldilir. Bu sərgi qabaqcıl təcrübələrin öyrənilməsinə imkan verməklə yanaşı, qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətə davamlı olmasına kömək edir. Belarus Respublikası Baş nazirinin birinci müavini cənab Vladimir Semaşko öz çıxışında kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək, kənd təsərrüfatı sənayesi üzrə böyük beynəlxalq layihələrin reallaşdırılmasında Belarus - Azərbaycan əlaqələrinin aktuallığını vurğuladı. “ITE Group Plc.” şirkətinin icraçı direktoru cənab Edvard Stroon isə öz çıxışında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığını bildirdi.

Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki pavilyonunu və açıq meydançasını əhatə edir. Bu il sərgi şirkətlərin sayına və əhatə etdiyi əraziyə görə 15% artım nümayiş etdirməklə, dünyanın 33 ölkəsini təmsil edən 151 şirkəti bir arada toplandı. Eksponentlərin ümumi sayının 26%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da böyük fəallıq göstərirlər. Sərginin daimi yerli iştirakçıları arasında ölkənin aparıcı müəssisələri – “Atena”, “Azersun Holding”, “Caspian Construction Systems”, “BMS Agro”, “Qəbələ konserv zavodu”, “Metak” və digər şirkətlər yer alır. Azərbaycan şərabçıları ilk dəfə olaraq müştərək stendlə çıxış edəcək və bu stenddə Azərbaycanın 9 şərab zavodunun ən yaxşı məhsulları təqdim edilir.

Bu il Azərbaycan, Amerika Birləşmiş Ştatları, Əlcəzair, Çexiya, Niderland Krallığı və digər ölkələrin şirkətlərindən ibarət olan debütantlar sərgi iştirakçılarının 40%-ni təşkil edir. Sərgidə fərdi stendlərlə yanaşı, 5 xarici kollektiv ekspozisiya da yer alır. Argentina, Avstraliya, Belarus, Litva və Polşanın müəssisə və fabriklərinin nümayəndələri sərgi ziyarətçilərinə istər uzun illər sevilən, istərsə də Azərbaycan bazarı üçün yeni olan məhsullarını təqdim edirlər. Milli stendlərin bu cür fəal iştirakı “WorldFood Azerbaijan” sərgisinin beynəlxalq qida məhsulları bazarındakı nüfuzunu bir daha təsdiq edir.

Sərginin ümumi ekspozisiyasında balıq, mal / qoyun və quş əti, çay və qəhvə, süd məhsulları, dondurulmuş qidalar, quru meyvələr, baqqaliyyə, qənnadı və un məmulatları, meyvə-tərəvəz məhsulları, konservlər, soyuducu sistemlər, çörəkxanalar üçün avadanlıqlar, qablaşdırma avadanlıqları və digər məhsullar təqdim olunur. Sərgi ziyarətçilərini ən yaxşı avadanlıq istehsalçıları və qida sənayesindən təqdimatlar, habelə ustad dərsləri və çoxsaylı maraqlı təkliflər gözləyir.

Artıq ardıcıl olaraq bir neçə ildir ki, “WorldFood Azerbaijan” sərgisi ilə eyni vaxtda keçirilən Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2015” sərgisi “qablaşdırma” sektorunu təqdim edir. Bu il Azərbaycan, BƏƏ, Türkiyə, Çexiya və digər ölkələrin şirkətləri qablaşdırmanın istehsalı üçün lazımı dəzgah və avadanlıqları, habelə qablaşdırma materialları və hazır məhsulları, eləcə də etiketləmə məhsullarını təqdim edirlər.

“WorldFood Azerbaijan 2015” sərgisi çərçivəsində sərginin xarici iştirakçıları və şəhərin qonaqlarını Azərbaycan mətbəxi və onun zəngin koloriti ilə tanış edən “Food Gallery by Nubar Hasanova” (“Nübar Həsənovanın “Qida” qalereyası) adlı fotosərgi maraqlı və yeni bir hadisəyə çevrildi. Fotosərgi gənc istedadlara dəstək olmaq üçün təşkil olunub. Sözügedən fotosərgi gənc və istedadlı rəssam Nübar Həsənovanın foto-əsərlərini təqdim edir. Beləliklə, Azərbaycanın milli kulinariyasına həsr olunmuş parlaq və canlı fotolar ziyarətçilərin diqqətindən kənarda qalmayacaq. Fotosərgi hər kəsin ziyarət edə biləcəyi bir yerdə - Bakı Ekspo Mərkəzinin foyesində yerləşdirilib.

“WorldFood Azerbaijan” və “IpackCaspian 2015” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edirlər. Bu sərgi layihələri üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda təşkil olunan sərgilərə fəal şəkildə cəlb edən “ITE Group Plc.” şirkətinin tərəfdaşlar şəbəkəsi, o cümlədən “ITE London”, “EUF” (Türkiyə), “GIMA” (Almaniya) və “ITE Gulf” (Dubay), ITE Polşa şirkətləri cəlb olunublar.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Jumeirah

Qafqazpoint
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8931
GBP 2.1937 2.1934
RUR 0.0264 0.0263
HAVA



WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek