Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







Bütün video xəbərlər ...

“WorldFood Azerbaijan 2016” sərgisi – dünya istehsalçılarından aktual təqdimatlar

19 may tarixində regionda qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərdən biri - Azərbaycan beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2016” sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. Keçirildiyi illər ərzində sərgi özünü mütəxəssislər arasında ənənəvi görüş yeri, habelə qida sənayesi üzrə avadanlıq, məhsul və xidmətlərin nümayiş etdirildiyi, eləcə də müştəri tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək və yeni satış bazarlarına çıxmaq üçün əlverişli imkanların yaradıldığı etibarlı platforma kimi doğrulda bilmişdir. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “WorldFood Azerbaijan” sərgisinə dəyərli dəstək göstərir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Heydər Əsədov və “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov iştirak etmişdilər.



Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov hökumətimizin böyük diqqət göstərdiyi iqtisadiyyatın qeyri-neft sektorunun əhəmiyyətini vurğulayıb. Buna görə də, nazirin sözlərinə görə, bu sərgi yerli nailiyyətlərin nümayiş etdirilməsi və iqtisadiyyatın bu sahəsindəki xidmətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır.

“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov öz çıxışında məlumat verib ki, sərgi 11 faizlik artım nümayiş etdirir və tədbir iştirakçılarının 67 faizini xarici şirkətlər təşkil edir.



Bu il sərgidə dünyanın 23 ölkəsini təmsil edən 126 şirkət iştirak edir və bu ölkələr arasında Azərbaycan, Almaniya, Belarus, BƏƏ, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Litva, Rusiya, Çexiya və digər ölkələr var. Bu il sərgidə Türkiyənin 20-dən artıq şirkəti iştirak edəcək. Xalis seylon çayının istehsalçıları olan şirkətlər qrupunun rəhbəri - Şri-Lanka Dövlət Çay Komitəsi, “Sri-Lanka Tea Board” builki sərgidə iştirak edir. Bütün sərgi eksponentlərin 25%-ni təşkil edən yerli istehsalçı və distribyutorlar da sərgidə böyük fəallıq göstərirlər. Onların arasında Azərbaycanın qida sənayesi üzrə aparıcı şirkətləri - sərginin daimi iştirakçıları olan “Azersun Holding”, “Atena”, “Caspian Construction Systems”, “Gilan Holding”, “Metak”, eləcə də bu il sərgidə debüt edən “Amoris”, “Buta Group” və “Modern Group” şirkətləri yer alır. Şirkətlər konservləşdirilmiş məhsullar, süd məmulatları, baqqaliyyə məhsulları, şirniyyat məmulatları, içkilər, soyuducu sistemlər və bir sıra digər sahələr üzrə məhsulları təqdim edir. Sərginin builki fərqləndirici cəhəti yerli bazarda ilk dəfə təmsil olunan Azərbaycan şirkəti tərəfindən meyvə-tərəvəz məhsullarının geniş çeşidinin təqdim olunmasıdır.

“WorldFood Azerbaijan” sərgisi ilə eyni platformada Xəzər beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian 2016” sərgisi keçiriləcək. Sevindirici haldır ki, ötən il keçirilən sərgi ilə müqayisədə, bu il iştirakçıların, eləcə də təklif olunan məhsul çeşidlərinin sayı xeyli artmışdır, belə ki, bu il Azərbaycan, BƏƏ, Rusiya, Türkiyə və Ukraynanı təmsil edən iştirakçılar sənayenin müxtəlif sahələri üçün qablaşdırma məhsullarının istehsalı və formalaşdırılması üçün avadanlıqlar, habelə etiketləmə avadanlıqları, qablaşdırma materialları, tara və hazır qablaşdırma məhsullarını təqdim edir.

 Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.  Sərginin təşkilatçıları qismində "Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.




BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  01/02/2023 02/02/2023
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      WorldFood Azerbaijan is Copyright © 2000-2023 Bütün hüquqlar qorunur. Hosted by VebTek